• 08:42

İsmayıllıda qanunsuz ov edənlər saxlanılıb

  • 10
11 Fevral 2019, 16:18

Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterAz-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz  ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar. 

 

Onlardan  müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan  saxladıqları 2 ədəd  vurulmüş dovşan və 2 ədəd“TOZ  63” markalı  ov tüfəngi də götürülüb. 

 

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin  272.3 -cü ( Ov qaydalarının kobud şəkildə pozulması )  maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.