• 04:02

Ağstafada ekoloji təmiz məhsul yetişdirilir

  • 21
11 Fevral 2019, 16:30

50 ha sahədə fəaliyyət göstərən “Karvan L EKO” sənaye parkında bir çox istehsal müəssisələri ilə yanaşı, kənd təsərüfatı sahəsi də inkişaf etdirilir.

 

İnterAz-ın verdiyi məlumata görə, sənaye parkında müxtəlif meyvə ağaclarından ibarət meyvə bağları salınıb, 4 ha ərazidə isə ən müasir tələblərə cavab verən  istixana komleksi fəaliyyət göstərir ki, burada yetişdirilən pomidor  heç bir kimyəvi gübrədən istifadə edilmədən yetişdirilir.

 

Maraqlısı isə odur ki, həmin pomidor məhsulunun mayalanması arılar vasitəsi ilə həyata keçirilir. İstixanada 50 nəfərdən artıq yerli sakinlər daimi işlə təmin edilib.