• 07:40

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

  • 10
11 Fevral 2019, 16:31

Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib. 

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə fevralın dünən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib. Balakən rayonu Qazma kənd sakini 25 yaşlı Eltun Hacıyev idarə etdiyi bortlu “UAZ” markalı, dövlət qeydiyat nişanı olmayan avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı telefon dirəyinə dəyib və avtomobil yoldan çıxaraq aşıb. 

 

Qəzadan sonra Eltun Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomaşında sərnişin qismində olan Eltunun kiçik qardaşı, 22 yaşlı Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.