• 04:50

“Tovuz Aqro” MMC-də son tamamlanma işləri aparılır

  • 110
12 Fevral 2019, 16:03

Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Tovuz rayonunun Ceyrançöl Ərazisində 550 ha torpaq sahəsində yaradılan “Tovuz aqro” MMC-də artıq son tamamlanma işləri aparılır.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, belə ki, Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları,  intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihəyə 20 milyondan manatdan artıq investisiya qoyulub.

 

Tovuz aqro MMC-nin direktoru Şadkamal Hüseynovun sözlərinə görə, təsərrüfatın fasiləsiz su təminatı üçün 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilib.