• 20:01

Şəkidə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər yaralanıb

  • 14
11 Mart 2019, 14:49

Şəki şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, belə ki, "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.