• 20:49

Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

  • 14
11 Mart 2019, 14:52

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Fin qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Soltan Cəmil oğlu Vəliyev "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idəretməni itirib və "FORD" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

 

Faktla bağlı araşdırma aparılır.