• 21:34

İran-Azərbaycan sərhədində həlak olan hərbçimiz dəfn edilib

  • 28
11 Mart 2019, 16:19

Xəbər verdiyimiz kimi, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Azərbaycan Ordusunun kiçik çavuş Səxavət Məmmədov həlak olub.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərbçimizin bu gün dəfn mərasimi keçirilib.

 

O, Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu həlak olub.

 

Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar.

 

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir.

 

Fakt üzrə cinayət işi başlanılıb.