• 20:31

Ağdamda antik at fiquru tapılıb

  • 15
12 Mart 2019, 11:36

Ağdamda antik at fiquru tapılıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, tapılan qədim at heykəli, e.ə XII-XI əsirlərə aid Sarıçoban kurqanı yaxınlığından aşkarlanıb. Həmin ərazidə məskunlaşan Gündüz Paşayev 1.500 q çəkisində olan qədim at fiqurunu, su  quyusu  qazdığı zaman torpağın 5-6 metrliyindən üzə çıxdığını deyir.

 

Gündüz Paşayev onu da bildirib ki, torpaq sahəsində işlədikləri zaman bu ərazilərdə dəfələrlə qədim əşya tapılıb.

 

Qeyd edək ki, əşyanın tapıldığı yer, Ağdam rayon Xındırıstan kəndi yaxınlığında yerləşən Sarıçoban abidəsi, Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü möhtəşəm tayfa başçısı kurqanıdır.Hər üç abidə qısa tarixi dövrün-e.ə XIII-X əsrlərin yadigarıdır. Həmin abidələrdən dəfələrlə at fiqurları aşkarlanıb. Bu da onu sübut edir ki, Qarabağ at cinsinin tarixi xalqımızın tarixi qədər qədimdir.