• 20:46

"Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda" tətbiqi mövzusunda seminar keçirilib

  • 12
12 Mart 2019, 17:11

Startaplar, yerli və beynəlxalq İKT şirkətləri və aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbir blokçeyn texnologiyasının yaranması və inkişaf perspektivləri, onun innovativ sahibkarlıq fəaliyyətində tətbiqi mövzularını əhatə edib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov bildirib ki, Fond innovativ sahibkarlıq fəaliyyətində yüksək texnologiyaların tətbiqinin təşviqinə xüsusi diqqət ayırır, startaplar və İKT şirkətləri üçün müxtəlif tədbirlər və proqamlar həyata keçirir.