• 20:04

Bərdə məktəbliləri Cocuq Mərcanlıda olub

  • 14
14 Mart 2019, 14:23

Bərdə rayon 8 nömrəli orta məktəbin bir qrup müəllim, şagird və valdeyinləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, Novruz bayramı ərəfəsində  səfərdə məqsəd rayon məktəbliləri erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər  arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.

 

Qonaqlar ilk öncə Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar.Daha sonra məktəbin müəllim və şagirdləri Cocuq Mərcanlı kəndi ilə tanış olub, həyata keçirilən yenidənqurma işləri ilə maraqlanıblar. Onlara kənd haqqında ətraflı məlumat verilib. Həmçinin, Cocuq Mərcanlı kənd tam orta məktəbində yaradılan şəraitlə yaxından tanış olublar.

 

Bərdə rayon 8 nömrəli məktəbin direktoru Qənbər Ağayev bildirib ki, Boloniya sisteminin mobillik prinsipi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub.Məktəbdə keçirilən görüşdə hər iki məktəblilər şeirlər  həcmin bilirdib ki, bu cür səfərlər şagirdlerin hərbi- vətənpərvərlik tərbiyəsinin yükseldilmesinə müsbət təsir göstərir

 

Sonda Bərdədə olan qonaqlar məktəbə bayram sovqatı və hədiyyələri bağışlayıblar.

 

Daha sonra Bərdəli qonaqlar on xətdə xidmət edən əsgər və zabitlərlə görüşlər. Vətənin keşiyində mübariz dayan hərbiçilərə bayram sovqatı verilib. Burada əsgər yeməkxanası və yataqxanasında olaraq onların xidməti şərait ilə tanış olublar.