• 20:44

Rayon məktəblərində psixoloji xidmətlər göstərilir?

  • 17
14 Mart 2019, 14:28

Hər bir məktəbdə psixoloji xidmətin olması mütləqdir.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, çünki yeniyetməlik dövründə şagirdlərdə daha çox rast gəlinən depresiyaların qarşısını almaq üçün bu cür xidmətlərin göstərilməsi vacibdir. Bu yaş dövrü daha çox 11-15 yaşlarını əhatə edir və böhranlı dövr kimi yadda qalır. Bu dövrdə şagirdlərdə yeni xüsusiyyətlər formalaşır, qızlar və oğlanlar baş verən proseslərə daha aqressiv reaksiya göstərirlər.

 

Şagirdlərin bu aqressiv davranış reaksiyaları mütləq psixoloqlar tərəfindən həll olunmalıdır. Əgər onlarla düzgün iş aparılarsa bu xüsusiyyətlər tədricən aradan qalxır, əks halda isə aqressiv davranış reaksiyaları xarakter xüsüsiyyəti kimi formalaşa bilər. 

 

Bəs bu gün məktəblərdfə psixoloqlar şagirdlər ilə məşğul olurlarmı? Sualımıza cavab tapmaq üçün Qazax və Şəmkir rayonunlarındakı məktəblərdə olduq.