• 19:17

Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

  • 3
12 Aprel 2019, 15:40

Pakistanın Kvett şəhərində törədilən terror aktı nəticəsində 16 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, səhər saatlarında Kvettdə bazarda əldəqayırma partlayıcı qurğu partladılıb. 

 

Hadisənin baş verdiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

 

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

 

Hadisənin səbəbi araşdırılır.