• 05:19

Şəhid olmuş hərbi qulluqçumuz Cəlilabadda torpağa tapşırılıb

  • 37
12 Aprel 2019, 15:55

Cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Əsgər bu gün Doğlulduğu Cəlilabad rayonunda torpağa tapşırılıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, 19 yaşlı Məhərrəm Mailzada bir ilə yaxın idi ki, hərbi xidmətdə idi.O Fizuli rayonunda xidməti borcunu yerinə yetirəkən şəhid olub. Şəhidin cənazəsi Xidmət etdiyi hərbi hissənin əsgər və zabitlərinin eləcə də rayon sakinlərinin müşayəti ilə Doğlulduğu Cəlilabad rayon Musalı kənd qəbiristanlığında  torpağa tapşırılıb.

 

Ailənin ən kiçiyi olan Məhərrəm hələ hərbi xidmətdən öncə də Hərbçi olmaq arzusu ilə ali hərbi məktəbə daxil olmaq istəyib.Lakin müəyyən səbəblərdən bunu reallaşdıra bilməyib. Məhərrəm Mailzadə dəfələrlə ailə üzvləri ilə danışarkən gələcək yolunun hərbi ilə bağlı olacağını bildirmişdi. Belə də oldu...Bundan sonra o hamının  yaddaşında vətəninə xidmət edərkən Şəhid  olmuş qəhrəman bir əsgər kimi yaşayacaq.