• 13:03

Bakıda narkotiklərlə mübarizə üzrə XXXVI beynəlxalq konfrans keçirilib

  • 5
15 Aprel 2019, 16:20

Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı (IDEC) keçirilir.

 

İnterAz-ın xəbərinə görə, konfransda çıxış edən Azərbaycanın Baş naziri Novruz Məmmədov hərbi münaqişə zonalarından narkotik vasitələrin qanunsuz dövriyyəsinə diqqət çəkib.

 

Azərbaycanın da belə bir problemlə üzləşdiyini vurğulayan Baş nazirin sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narko biznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır. 

"Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə cəlb olunan şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına zəmin yaradır. Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır", - deyə N. Məmmədov qeyd edib. 

 

Konfrans panel müzakirələrlə davam edir.