• 01:22

Qar uçqununa düşən hərbi qulluqçumuz Qazaxda dəfn edilib

  • 15
15 Aprel 2019, 16:28

Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, nəhayət aparılan axtarışlar nəticəsində onlardan birinin – Hafiz Abdullayevin nəşi tapılıb və o, doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhər ictimaiyyəti, hərbçilər və Hafiz Abdullayevin yaxınları iştirak edib. Şəhid Hafiz Abdullayevi minlərlə sakin kənd qəbiristanlığında son mənzilə yola salıb. Hafiz Abdullayev ailəli idi, 3 övladı var. Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

 

Aparılan axtarışlar nəticəsində onlardan birinin – Hafiz Abdullayevin nəşi tapılıb.

 

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları isə davam edir.