• 12:46

Qaxda yanğın hadisəsi baş verib

  • 5
23 Aprel 2019, 14:23

Qaxda yanğın hadisəsi baş verib. Yanğın nəticəsində talvar və içərisinə yığılmış ot yanıb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər sakini Elmar Zəkəriyəyevə məxsus yaşayış evinin həyətində,ümumi sahəsi 70kv/m olan talvarda baş verib. Yanğın zamanı talvarın 35 kv/m və altına yığılmış 300 kiloqram otun 150 kiloqramı yanıb. Hadisə yerinə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Ətrafda olan tikililər yanğından mühafizə olunub.

 

Ev sahibinin sözlərinə görə,yanğın baş verən an evdə yataq xəstəsi olan həyat yoldaşı olub.Yanğından Mühafizə Hissəsinə isə tüstünü görən qonşular və ətrafda olan insanlar xəbər verib.

 

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.