• 18:46

Qarlı hava şəraiti səbəbindən Yardımlı sakinləri məhsuldarlığın aşağı düşəcəyindən narahatdır

  • 6
23 Aprel 2019, 15:02

Cənub bölgəsinin bəzi ərazilərində anomal hava şəraiti davam edir.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, dünən səhər saatlarından etibarən Yenidən Cənub bölgəsinin dağlıq rayonu olan Yardımlıya qar yağmağa başlayıb.

 

Qeyd edək ki, bu Sayca son günlər təkrarlanan ikinci  belə hadisədir.Bir neçə gün öncə də bölgəyə qar yağmışdır. Yerli sakinlərin sözlərinə görə hava şəraitinin  mövsümə uyğun keçməməsi kənd təsərrüfatında ciddi çətinliklərə yol açacaq.

 

Bundan başqa  havaların Qəfildən kəskin  pisləşməsi  yerli sakinlərin  evlərini isidilməsində də, müəyyən problemlər yaradıb

 

Qarın yağması Hələ ki, yollarda çətinliklər yaratmayıb.Qeyd edək ki, Anomal hava şəraitinin aprelin 24 -ə kimi davam edəcək.