• 08:51

Xaçmazda yeni tikilən bağçanın açılışı olub

  • 15
11 May 2019, 15:30

Xaçmaz rayonu Xudat şəhərnin mərkəzində yeni tikilib istifadəyə verilən 5 saylı uşağ bağçasının açlıçşı olub. Qısa zamanda inşa edilən yeni uşaq bağçasının açılış mərasimi Xudatda əsl şənliyə çevrildi.

 

Müasir tələblər səviyyəsində inşa olunan 40 yerlik yeni binada azyaşlı uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.

 

Binada iki qrup otağı, yeməkxana, oyun zalı və inzibati otaqlar yerləşir. Bağçada müasir istilik sistemi quraşdırılıb.

 

Xudat sakinlərinin sevincinə qoşulan Xaçmaz  Rayon İcra Hakimiyyətnin Başçısı Şəmsəddin Xanbabayev eləcədə  idarə müəssə rəhbərləri valideynləri və balaca fidanları təbrik etdi.  

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı  1-ci muavini  İlhamə Nəzərova  öz çıxışında bildirdi ki, uşaqların qayğı ilə əhatə olunması, yeni nəslin layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca prinsiplərindən olmaqla yanaşı Azərbaycanın gələcəyinin təminatına daha geniş imkanlar açır.

 

O, uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının mühüm rolunu xüsusi qeyd etdi. 

 

Açılışı bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbəri və qonaqlar yeni bağçada balacalar üçün yaradılmış şəraitlə tanış oldular.