• 09:32

Astarada çaylardan birinin sahili məişət tullantıları ilə çirklənib

  • 7
11 May 2019, 15:45

Əvvəllər Cənub bölgəsində bu çayın suyundan yerli sakinlər məişətdə geniş istifadə edib. Hətta balıqla zəngin olduğu üçün qonşu rayonlardan da bura balıq tumağa  gələnlərin sayı hesabı olmayıb. Son illərdə çayın insanlar tərəfindən çirkləndirlməsi buranı acınacaqlı duruma salıb.Söhbət Astara ryoundan keçən Pensər çayından gedir. 

 

Mənbəyini dağlardan götürən Pensər çayı Astaranın 10 –a yaxın kəndindən keçir.Uzun müddtədən bəridir ki, baxımsılıqdan çayın sahilboyu əraziləri məişət tullantıları ilə çirkləndirilib. Ən acınacaqlı vəziyyət isə çayın Pensər kəndindən keçən hissəsindədir. Zibilləri çay sahilinə tökənlər də ondan əziyyət çəkənlər də elə ətrafda yaşayan sakinlərdir.

 

Yerli sakinlərin sözlərinə görə şirin su mənbəyi olan Pensər çayından bir vaxtlar içməli su kimi sitifadə olunub. Hazırda isə çayın çirklənməsi buranı antisanitariya mənbəyinə çevirib

 

Kəndlilərin sözlərinə görə tullantılar əsasən axşam saatlarında gizlincə əraziyə tökülür. Ona görə də bunun qarşısın almaq müMkünsüzdür.

 

Kənd bələdiyyəsindən bildirirlər ki,  ərazidə dəfələrlə təmizləmə işlərinin aparılması mövcud vəziyyəti müsbətə doğru dəyişmyib. 

 

Qurum rəsmisi əlavə etdi ki, Yaxın günlərdə nəzAratin gücləndirlməsi məqsədi ilə bəzi yerlədə müşahidə kameralarının  quraşdırlması da istisna edilmir.