• 09:41

Azərbaycan hərbi helikopterləri Türkiyədədir

  • 5
13 May 2019, 14:31

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, hərbi pilotlar plana uyğun olaraq, bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

 

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.