• 08:49

Kürdəmirdə yük maşını aşıb, qum ətrafa dağılıb

  • 1
13 May 2019, 14:50

Kürdəmir rayonunda yol qəzası baş verib. 

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Belə ki, yüklə dolu "Shachman" markalı yük avtomobili Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, yük maşınına xeyli ziyan dəyib. Nəqliyyat vasitəsindəki qum yolun kənarına səpələnib. 

 

Faktla bağlı araşdırma aparılır.