• 09:29

Zaqatalada mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb

  • 3
13 May 2019, 16:04

Zaqatalada baş verən yol qəzasında yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı rayonun Əliabad qəsəbə sakinləridir.

 

Onlar - 1988-ci il təvəllüdlü Həsənov Həsən Ramiz oğlu, 1983-cü il təvəllüdlü Şabanova Arzu Abdul qızı, 1985-ci il təvəllüdlü Muxtarova Nailə İsmayıl qızı, 2011-ci il təvəllüdlü Musayev İslam Rəhman oğlu, 1999-cu il təvəllüdlü Qəbimova Elnurə İlqar qızı və 2001-ci il təvəllüdlü Balayeva Aylin Feyzulla qızıdır.

 

Zaqatala RMX-dan ONA-ya bildirilib ki, yaralılardan A. Balayevanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan müayinə və ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.