• 09:39

ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyindən fəalları çıxara bilməyib

  • 2
14 May 2019, 15:02

Venesuelanın Vaşinqtondakı səfirliyindəki fəallar binada qalıblar, onları çıxartmaq üçün içəri daxil olan polislər isə oranı tərk ediblər.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bunadək fəalların binanı könllü surətdə tərk etmələri üçün yarım saat danışıqlar aparılıb.

 

Bunun üçün federal agent və Vaşinqton polis formasında olan insanlar səfirlik ərazisinə daxil olublar, lakin ondan irəli getməyiblər.

 

Danışıqlardan sonra fəallardan 4-ü binada qalıb və ikinci mərtəbənin pəncərəsində "Çevriliş uğursuzluğa düçar oldu" plakatı ilə görünüblər. Polislər gedərkən səfirliyin girişini bağlayıblar və qapıları plastik kəndirlə dolayıblar.