• 08:32

Son dövrlər arıçılıq təsərrüfatlarında inkişaf müşahidə olunur

  • 8
14 May 2019, 15:28

Zaqatala ölkədə arıçılığın ən çox inkişaf etmiş rayonlarından biridir. Bu gün də bu ənənəvi sahə inkişaf etməkdədir. Rayon arıçılar assosiasiyasının sədrinin dediyinə görə əgər 1990-cı illərdə rayonda cəmi 7 500 arı ailəsi vardısa hazırda bu rəqəm 32 mindən çoxdur.

 

Dövlətin bu sahəyə göstərdiyi qayğı, xüsusi ilə də hər arı ailəsinə verilən subsidiya arıçıları bu sahəni daha da inkişaf etdirməyə həvəsləndirib.Son zamanlar əsasən gənclər bu sahəyə daha çox maraq göstərirlər.

  

Elə Zaqatalanın təbiəti də arıçılığın inkişafı üçün tam uyğundur. Məhz bu səbəbdəndir ki, təkcə ötən il Bakı şəhərində təşkil olunan bal yarmarkasına rayondan 14 tona yaxın yüksək keyfiyyətli bal və digər arı məhsulları çıxarılıb.

 

Qeyd edək ki, hazırda balın 1 kq-ı 25- 30 manata alıcılara təklif olunur.