• 08:40

Süni uşaq qidalarından necə qorunaq?

  • 8
15 May 2019, 15:04

Bağça uşağın fərdi inkişafı, cəmiyyətə inteqrasiyası prosesində özünəməxsus yer tutur. Ancaq bəzən valideynlər övladlarının həyatında məktəbəqədər təhsilin mühüm rol oynadığına şübhəli olurlar. Onlar düşünürlər ki, uşaqlarının dünya görüşünün inkişafı və məktəbəqədər hazırlıq prosesinin təşkilində valideynlər bağçalara nisbətən daha üstün mövqeyə sahibdirlər. Bağça seçərkən valideynləri düşündürən məsələlərdən biri də uşaq bağçalarında qidalanmanın necə olmasıdır ?

 

Qidalanma rejimi uşaqların inkişafda olan orqanizmini enerji və əsas qida maddələri ilə təmin etməlidir. Bu sözləri xaçmaz şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Kəmalə Sultanova uşaqların yay fəslində qida rejimi necə olması ilə bağlı müsahibəsində bildirib. 

 

Həmsöhbətimiz deyir ki, uşaqların qidalanmasında ən vacib amil alınan ərzaq məhsullarının keyfiyyətli və təmiz olmasıdır. Xüsusilə də ərzaqların istehsal tarixlərinə fikir verilməli, onların təzə və qaydasında olduğu dəqiqləşdirilməlidir.        

 

Onuda qeyd edək ki, uşağ həkimləri 9 aylığından başlayaraq, uşaqlar üçün 4 saatdan artıq olmayan fasilələrlə qidalanma məqsədə uyğun sayırlar. 

 

Məktəbəqədər təhsil müəssisələrində  9 və 11 saat qalan uşaqlar üçün dövlət standartlarında 3 dəfəlik yemək və gücləndirilmiş nahar nəzərdə tutulur.