• 09:36

Azərbaycan və Belarusun birgə istehsalı olacaq elektrobus və kombaynın ilk modelləri təqdim olunub

  • 7
15 May 2019, 15:12

Gəncə avtomobil zavodunda iki yeni yığım xətti istifadəyə verilib.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan və Belarusun birgə istehsalı olacaq elektrobus və kombaynın ilk modellərinin təqdim olunduğu mərasimdə hər iki ölkədən olan rəsmilər qatılıb.

 

Şəhərdaxili ictimai nəqliyyatda istifadə olunacaq eltrobuslar və tezliklə taxıl sahələrində işə başlayacaq kombaynlar. Hər iki texnika artıq Gəncə avtomobil zavodunun istehsal etdiyi məhsullar sırasına daxildir. Bu Azərbaycan və Belarusun birgə istehsalı olan texnikalardan sadəcə ikisidir.

 

Tədbirdə qeyd olunub ki, əvvəlki kənd təsərrüfatı texnikaları kimi “PALESSE KZS-575” markalı taxılyığan kombaynın istehsalına da aqrar sahənin cari ehtiyaclarına uyğun olaraq başlanıb. E-321 markalı elektrobusun istehsalı isə daha geniş perspektiv vəd edir.

 

Yeni elektrobusların ilkin mərhələdə Gəncə şəhərində, daha sonra isə ölkənin digər şəhərlərində ictimai nəqliyyatda istifadəyə verilməsi nəzərdə tutulur.Texnikalara baxış keçirildikdən tədbir iştirakçıları elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.

 

Qeyd edilib ki, Gəncə avtomobil zavodunda il ərzində 150 elektrobus, 120 kombaynın yığılması planlaşdırılır.