• 08:38

Bəzi sahibkarlar mağazalarda keyfiyyətsiz bitki dərmanlarının satılmasından narazıdır

  • 6
15 May 2019, 15:23

Bu gün xarici bazarlara daha çox ixrac edilən və ölkəmizə valyuta gətirən sahələrdən biri də istixana şəraitində yetişdirilən pomidor və xiyardır.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, istixana sahələrinin genişləndirilməsi Ölkəmizin bir çox bölgəsində olduğu kimi Şəmkir və Tovuz rayonlarında da müşahidə edilir. İstixana sahibləri isə bu ilki məhsuldarlıqdan və məhsulun qiymətindən razılıq etsələrdə lakin kübrələrin və bitki dərmanlarının, satıldığı mağazlar keyfiyətsiz  dərmanların satılmasından narazıdır. Onlar iddia edirlər ki,kübrələr və bitki dərmanlarını bitkiyə vurduqları halda heç bir təsiri olmur. 

 

Mövcuq problemlə bağlı  Tovuz və Şəmkir rayonlarında kübə və bitki dərmanlarının satışı ilə məşğul olan bir neçə mağazaya üz tutduq. Mağaza sahiblərinin bir neçəsi müsahibə verməkdən imtina etdi, müsahibə verənlər isə kübrənin və bitki dərmanlarının sertifikatının olduğunu desələrdə, lakin onu üzə çıxarmadılar. Buda onu göstərir ki, mağazalarda satılan kübrələrin və bitki dərmanlarının heç birinin sertifikatı yoxdur. 

 

Şəmkir rayonun bəzi yerlərində isə kübrələr və bitki dərmanları tikinti materialları ilə bir yerdə satılır.