• 09:41

Gəncədə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunan konfrans keçirilib

  • 2
15 May 2019, 15:44

Gəncədə  Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunan Avropa İttifaqının   gələcəyinə dair Konfrans keçirilib.

 

Konfrans Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin “United Cultures” ilə əməkdaşlığı çərçivəsində təşkil olunan mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmağa yönəlmiş 3-cü IMAGINE Avro Tolerantlıq Festivalının tərkib hissəsi olaraq keçirilib. "Tolerantlıq məkanına daxil olursunuz!", IMAGINE Avro Tolerantlıq Festivalı ilk dəfə olaraq, bu il paytaxtdan kənarda, Gəncə şəhərində də keçirilir.

 

Festival zamanı tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim olunub. Konfransda çıxış edənlər ölkəmizdə mulikulturalizmlə bağlı təşkil olunan tədbirlərin təqdirə layiq, həmçinin Azərbaycanda mövcud olan tolerant mühitimüsbət bir hal kimi qeyd edilməli olduğunu vurğulayıblar.

 

Əsasən 2 sahə üzrə əməkdaşlıq davam edir. 90-cı illərdən bəri olan çərçivə sazişi imzalanmaq mərhələsindədir. Sazişin biri bu istiqamət digəri isə aviasiya sahəsi üzrədir. Azərbaycandan avropa birliyinə daxil olan ölkələrə uçuşlar təyin etmək istəyirik. Bu həm qiymətlərin aşağı düşməsinə həm də turizmin inkişafına kömək edəcək.Biz Azərbaycanda olduğumuz müddətdə çox qeyri adi şəkildə tolerantlığın nümunələrini gördük. Burda müxtəlif dinlərin nümayəndələri və onların sitayiş etdiyi məbədlər sinaqoqlar, kilsələr var. Hər kəs azad olaraq öz seçdiyi dinə qulluq edir. Xalqlar heç bir münaqişə yaşamadan birgə yaşayırlar. Bu da tolerantlığın təzahürüdür.