• 08:50

Gədəbəydə 69125 sakin tibbi müayinədən keçib

  • 11
16 May 2019, 15:40

Gədəbəy rayonunda tibbi müayinə başa çatıb. Gədəbəy rayonunda da əhalinin kütləvi dispanserizasiyası zamanı vətəndaşlar yüksək fəallıq göstərib.

 

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələri müayinələrin mütəşəkkil keçirilməsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunub.

 

Qrafikə əsasən, fevralın 12-dən, may ayının 15-dək Gədəbəy rayonu üzrə 69125 nəfər tibbi  müayinədən keçib. Onlardan  16 min 108 nƏfər ambulator maüyinə və müalicəyə, 95 nəfəri stosional müalicəyə cəlb edilib, 91 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb məntəqələrinə göndərilib. Müayinələr əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri  tərəfindən aparılıb. 

 

Rayon sakinləri də tibbi müayinələrin aparılmasından razılıq ediblər