• 18:47

Elektron siqaret zərərlidir?

  • 12
07 Iyun 2019, 17:31

Dünya səhiyyəsində ciddi narahatlıq doğuran problemlərdən biri də tütün alüdəçiliyidir.  Bu problemdən xilas olmaq  məqsədilə bu asılılığın qarşısının alınması üçün hər il milyardlarla dollar pul xərclənir. Belə ki, siqareti tərgitmək üçün yeni vasitələr araşdırılır və satışa verilir. Bu vasitələrdən ən geniş yayılanı isə elektron siqaretlərdir.

 

İlk dəfə “VİP Smoke” adı altında bazara çıxarılır adıçəkilən məhsul. Bu siqaretlər dünyanın bir çox ölkələrində istifadə edilməkdədir. Məhsuldan Azərbaycanda da geniş istifadə edilir. Elektron siqaret istifadəçiləri bu məhsulun insan orqanizminə heç bir zərəri olmadığını deyirlər. Amma  bu siqaretlərin insan orqanizminə zərərli olduğunu iddia edənlər də az deyil. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin  satışına qadağa qoyublar. 

 

Elektron siqaretlərin partlaması haqqında da məlmatlar vardır. Ümumiyyətlə bu vasitə ilə siqaret vərdişindən qurtulmaq ziyanlıdımi və yaxudda nələri bizə ?

 

Elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd Honkonq şirkəti ixtira edib. İxtira şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə pantentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə, adi siqaretlərdən  heç də fərqlənmir. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam “tüstünü” alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir.  

 

 “Elektron siqaretlər siqaret asılılığını gücləndirir” kimi fikirlər və bu siqaretlərin  heç də siqareti atmağa kömək edən vasitə olmadığını dününənlər var.   

 

Sonda isə qeyd edək ki, siqaret kimi zərərli vərdişlərdən qurtulmağın tək yolu güclü iradədir. Bu olarsa heç bir vasitəyə ehtiyac duymadan, asanlıqla nəinki siqaret bir çox  asılılıq yaradan xəstəliklərdən xilas olmuş olarıq.