• 03:45

"Real" Hazardın transferini açıqlayıb

  • 9
08 Iyun 2019, 14:27

"Çelsi"nin futbolçusu Eden Hazardın "Reala" keçidi rəsmiləşib.

 

İnterAz xəbər verir ki. bu barədə Madrid klubunun saytı məlumat yayıb. Belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

 

Bu transfer üçün "Real"ın London təmsilçisinə nə qədər ödəməsi haqda rəsmi məlumat yoxdur. 

 

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən Hazard ümumilikdə 352 oyuna 110 qol vurub. O, paytaxt klubu ilə son titulunu finalı Bakıda keçirilən Avroliqa turnirində qazanıb.