• 18:40

Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurluğuna rast gəlinməyib

  • 11
08 Iyun 2019, 14:34

Uşaq oğurluğunun qarşısının alınması ilk növbədə Azərbaycanda Cinayət Məcəlləsi ilə tənzimlənir. Uşaların  inkişaf hüquqları, psixolji, sosial, tibbi problemləri  birbaşa dövlətin yürütdüyü qanunvericiilik aktları ilə- sənədlərlə tənzimlənir.  Bildiyimiz kimi bununla bərabər uşaqların kiçik yaşlarından məcburi əməyə cəlb edilərək istismarı halları da qaçılmazdır. Bu hallardan  yararlananlar sırasında  isə ölkədə köçəri xalqlar şəklində məskunlaşan qaraçı ailələr də olduğu vuğulanır.  

 

 Məlum məsələdir ki,  qaraçıların adətləri yaşadıqları region, olkə və  yaxudda hansısa yaşayış məntəqəsinə belə yansıyır. Onların özlərindən qalan adət- ənənələri, toy mərasimləri, dilənçilik peşəsi və uşaqları da özləri ilə bərabər diləndirmələri halları mövcuddur. Belə olan halda demək də olmaz ki, bu xalqların ətrafındakı sadə ölkə vətəndaşlarına ziyanı dəyməmə kimi halları da sifirdir.  Bu adət onlarda genetik şərtləndirilsə də Azərbaycan dövləti üçün qarşısı alınan və hər bir körpəsinə verilən dəyərə qarşı olan bir cinayətdir . Məhz qanunlarla yanaşı bu kimi halların yəni qaraçı ailələrinin xüsusən də azərbaycanlı balalarını oğurlayıb əmək  istismarına cəlb ediməsi halları dövlət orqanları tərəfindən daimi nəzarətdədir. 

 

 Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi  də adıçəkilən problemə birbaşa mudaxilə edən, uşaq siyasətini həyata keçirən və bu sahəyə nəzarət edən, maarifləndirici görüşlər və monitorinqlər təşkil edən bir  dövlət qurumdur. 

 

Komitə tərəfindən aparılan monitorinqə görə Qaraçı ailələrində olan uşaqlar onlar tərəfindən dünyaya gətirilən uşaqlardır.  Bildirilir ki,  monitorinqlər zamanı  qaraçı ailələrində kənardan götürülmə uşaqlara rast gəlinməyib.

 

Qeyd edək ki, bu yaxınlarda  3 yaşlı Zəhra Bağırzadənin  oğurlanması faktı var idi və ilkin ehtimal  qaraçıların uşağı oğurlaması ilə bağlı idi.  Nəzərə çatdıraq ki, iyunun 4-də məmmalı şəkildə yoxa çıxan  3 yaşlı Zəhra diləndirilərkən tapılmışdır.  Zəhranı qaçıran qadının isə ruhi problemləri olduğu deyilir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.