• 19:04

Ağstafada itlər yerli sakinlərə qənim kəsilib

  • 11
08 Iyun 2019, 14:50

Ağstafa rayonunda son 2 gün ərzində 13 nəfər küçə itlərinin hücumuna məruz qalıb. Bu statistik göstərici Ağstafa rayonun xəstəxanasından da öz təsdiqini tapıb Sahibsiz itlər şəhərin mərkəzində, bazarda və müxtəlif kəndlərdə sakinlərə hücum edib,xəsarətlər yetiriblər. Təkcə bir qadın 7 itin hücumuna məruz qalıb. Bütün bu olanlar isə sakinlərin haqlı narazılığına səbəb olub

 

Ancaq bu hələ heç nədir. Daha bir qadına isə çaqqal tərəfindən hücum olub. Belə ki, Rayonun Poylu kənd sakini Gülnar İsmayılova həyətdə olan zaman çaqqalın hücumuna məruz qalıb. Xəsarət alan qadın xəstəxanaya müraciət edib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu  bildirilir.

 

Sakinlər deyir ki,baş verən bu hadisələr onların həyatı üçün real təhlükədir və onlar bu problemin tezliklə həll olunacağına ümid edirlər.