• 18:43

Ölkə ərazisində taxıl biçini davam etdirilir

  • 9
08 Iyun 2019, 15:23

Aran rayonu olan Biləsuvarda bu il 28 min hektardan çox sahədə taxıl əkilib. Ondan 13713 hetarı buğda, 14900 hektarı isə arpadır. Artıq rayonda arpa sahələrinin 80 faizinə yaxın hissəsində işlər yekunlaşıb.Biçin yerləşmə mövqeyindən aslı olmayaraq növbəlilik əsasında aparılır

 

Orta hesabla bir hektar sahədən 35-40 sentiner məhsul əldə olunur. Biləsuvar Aqrolizinq Filialinin Direktoru İmam Mehrəliyevin sözlərinə görə, arıtq bəzi ərazilərdə taxıl biçini yekunlaşdığı üçün  qonşu rayonlardan Dislakasiya olunmuş kombaynların bir qismi geri qayıtmağa başlayıb.

 

Bu il ilk dəfə olaraq Aqrolizin ASC tərəfindən son innovativ yeniliklərin tətbiqi və yeni kombayınların işə cəlb olunması Biçinin daha da mütəşəkkil aparılmasına və bölgələrdə tez-tez rast gəlinən texnika çatışmazılığını aradan qaldırıb.

 

Qeyd edək ki, Kənd təsərrüfatı nazriliyinin Nəzdinə olan müvafiq qurmlar biçin prosesini izləmək üçün bölgələrdə mütəmadi monitoriqnlər aparırlar. Qurum nümayəndələri bu məqsədlə növbəti dəfə Biləsuvarın Ağayrı, Nəsimi və İsmətli kəndlərinə  olaraq sahələrdə biçinin gedişatı izləyiblər.

 

Torpağa lazımı aqrotexniki qulluq göstərilmsəi isə özünü məhsuldarlıqda göstərir.