• 05:00

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb

  • 8
10 Iyun 2019, 14:29

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

 

Hadisə iyunun 9-dan 10-a keçən gecə rayonun 3 Tala kəndi ərazisində baş verib.

 

Rayonun Fındıqlı kənd sakini, 30 yaşlı Qurban Yusif oğlu Xəlilov idarə etdiyi “İJ” markalı qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən motosikleti yolun kənarındakı ağaca vurub.

 

Qəza nəticəsində Q. Xəlilov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Motosikletdə olan sərnişin, Fındıqlı kənd sakini 1988-ci il təvəllüdlü Xəyal Sakit oğlu Zurabov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir. 

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.