• 04:42

Lənkəranda baş verən partlayış iki nəfərin xəsarət alması ilə nəticələnib

  • 5
10 Iyun 2019, 14:51

Hadisə şəhərin Girdəni kəndində  baş verib. 

 

Belə ki, kənd sakin 40 yaşlı Hədiyyə Hadıyevanın yaşadığı evdə yeməyi qızdırmaq istəyərkən anidən partlayış  baş verib, nətcədə ana və onun yanında olan 9 yaşlı oğlu Yusif Hadıyev  yanıq xəsarətləri alıblar. Xoşbəxtlikdən hadisə zamanı otağın pəncərələri açıq olub və partlayışın miqyası  bu səbəbdən nisbətən zəif olub. Xəsarət alan ana və oğlu  yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 3-cü dərəcəli yanıq xəsarətləri alan Hədiyyə  Hadıyeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, 2-ci dərəcəli yanıq xəsarətləri alan Yusif  Haidıyevə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buralıxılıb.