• 18:41

"Mançester Yunayted" Poqbanı satmır

  • 4
11 Iyun 2019, 15:04

"Mançester Yunayted" futbolçusu Pol Poqbaya görə "Real"la danışıqlar aparmaqdan imtina edib.

 

İnterAz "AS"a istinadən xəbər verir ki,  "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan fransalı yarımmüdafiəçinin komandaya transferini rəhbərlikdən istəyib. Ancaq Mançester təmsilçisi Poqbanın satılmadığını "Real"a bildirib.

 

Qeyd olunub ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsüm üçünəsas 26 yaşlı oyunçua güvənir.

 

Xatırladaq ki, Poqba ötən mövsüm 47 matçda 16 qol vurub, 11 qolun ötürməsini verib.