• 04:43

Sosial şəbəkələrdə nələri paylaşmaq olar?

  • 9
11 Iyun 2019, 16:25

Tənqid, tərif, təhqir, qınaq, mücadələ, yararlanmaq, ev yıxmaq, ev tikmək, kiməsə böhtan atmaq , və  yaxudda sadəcə olaraq heç bir əmələ və niyyətə qulluq etməyən  aşıb daşan eqosunu nümayiş xarakterli  paylaşımlara  köçürmək  günümüzün hər saniyəsi demək olaraq qarşımızdadır. Sosial şəbəkələrdə nələri paylaşırsız, nələr olar və olmaz?  Hər birimizi tərəddüddə buraxan  bu suala aydınlıq gətirəciyik. 

           

Alimlər sübüt edir ki. Hər bir paylaşım insanın enerjisiin yüksəlməsinə , neqativ fikiri atmağa köməkçidir.  Kimi bunu indiki sosial şəbəkələrlə edir kimisi də heç nə paylaşmadan sadəcə köhnə üsulla tanışlarla söhbət etməklə bu enerjiden xilas ola bilir.  Əlbəttə ki, bu da əgər mümkünsə... Çünki, şəhərlərdə yaşayan insanların belə bir imkanları olmur. Bəs paylaşdığımız hər detal bizim daxili ehiyacimızdırsa və bizi böyük neqativlərdən hansıki özümüzü qorumağa xidmət edir ondan qoruyur,  onda niyə  bizim istəklərimizən gələn ehtiyacları qarşılamaqda kimsə bizi qınayır?  Biz nələri paylaşa bilərik?  

 

Bu gün yaşlı nəsildən suallarımızı sorussaq əlbəttə ki, onlar canlı ünsiyyətin tərəfini saxlayacaqlar, telefon, kompyuter və digər müasir cihazlar haqqında mənfi düşüncəyə sahib olacaqlar.  Bu da ki təbbi haldır olduqca. 

                                       

Telefon, kompyuter və digər texniki vasitələrdə paylaşılan hər bir məlumat  daxili ehtiyacımız olaraq qiymətləndirilir  əslində,  bizim şüuralti istəklərimizi göstərir.  Kimsə yaxşı olmayan paylaşım etməklə özünün yaşadıqlarına özü də bilmədən haqq qazandırır ,yəni müdafiə xarakterlidi və ən əsası da informasiya xaraterli olub paylaşılan şəxs haqqında təxmin olunmaz məlumatlar ötürür qarşı tərəfə. Əlbəttə özü də bilmədən ötürdüyü bu informasiyanın zərərlərini sonradan görür. Buna əsasən ailə- məişət mövzularında , şəxsi münsibətlər haqqında olan paylaşımlarda rast gəlinir. Həqiqətdə isə şəxs paylaşılan məlumatda hansı informasiya imkanlarının ötürülməsindən xəbərsiz olur çox vaxt və bu da təbii birmənalı qarşılanmır və  növbəti prolemlərə gətirib çıxarır.  Odur ki, hər zaman nələrə diqqət olacağımız məqamlara özümüz diqqət yetirsək daha yaxşı olar. Bir tərəfdən də qınanılsa da özünü ifadə etməkdə çətinlik çəkən insanlar üçün bir fürsət kimi də dəyərləndiriliməlidir fikrimcə.