• 10:33

Milli məclisin növbədənkənar sessiyasının sonuncu iclasının gündəliyi açıqlanıb

  • 1
10 Iyul 2019, 11:25

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının iyulun 12-də keçiriləcək sonuncu plenar iclasının gündəliyi açıqlanıb.

 

İnterAz xəbər verir ki, toplantıda 28 layihə müzakirə ediləcək.

 

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.