• 10:28

İqtisadiyyat xəbərləri

  • 1
10 Iyul 2019, 11:31

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,77 ABŞ dolları və yaxud 1,16% azalıb.

 

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,78 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

***

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 64,81 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,4 % artaraq 58,64 dollar təşkil edib.