• 10:37

Tovuz rayonunda turizmin inkişafı üçün əlverişli şərait var

  • 7
10 Iyul 2019, 13:24

Tovuz rayonun Əsrik-Böyük qışlaq meşə ərazisində yerləşən istirahət mərkəzlərində, turuzmin inkişafı üçün əlverişli şərait var. Buna baxmayaraq sahibkarlar burada turistləri qəbul etməkdə çətinliklər çəkirlər: Səbəbini  isə növbəti sujetimizdə biləcəksiniz.

 

Tovuz rayonun Əsrik-Böyükqışlaq ərazisində yerləşən meşə zolağı gözəlliyi və bənzərsizliyi,  təbiətinin füsunkarlığı, florası və faunası  özünəməxsusluğu ilə seçilir. Burada əsasən yol infrastrukturu yaradaılıb.Tovuz şəhərindən başlayaraq sonucu kənd olan Qaralar kənindinədək yeni asfalt örtüyü salınıb. Bir sözlə əsrarəngiz gözəliyi ilə seçilən bu ərazidə turizmin inkişafı üçün əlverişli şərait var, lakin burada turistlərin gecələməsi üçün  sahibkarlar turistləri qəbul etməkdə çətinliklər çəkirlər. Buna əsas səbəb isə istirahət mərkəzlərində, təbii qazın,  elektrik enerjisinin olmaması və turizmin inkişafı ilə bağlı müasir katejlərin tikilməsi üçün sahibkarlara güzəştli  kerditlərin verilməməsidi.

 

Bəzi istirahət mərkəzləri isə elektrik enerjisinin əldə edilməsi üçün xüsusi su pərləri düzəldiblər ki, bu pərlər vastəsilə də 30 kv-lıq enerji  əldə edə edə bildirlər.

 

Qeyd edək ki, bu gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri turizmdir. Turizm sektoru əhatə dairəsinə, maliyyə imkanlarına görə, dünyanın bir çox ölkələrində aparıcı sənaye sahələri ilə rəqabətə girir. Çünki səyahətə çıxmaq, gözəl təbiət qoynunda mənalı istirahət etmək, tarixi yerləri, qədim abidələri görmək  getdikcə daha çox insanın mənəvi tələbatına çevrilir. Cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafının nəticəsi olaraq yaranan, mənəvi zənginlik və rekreasiya ehtiyaclarının ödənilməsinə xidmət edən turizmin təşkili üçün ölkənin əlverişli təbii imkanları ilə yanaşı, ümumi iqtisadi göstəriciləri də mühüm şərtdir. Bu baxımdan da bu cür əsrarəngiz təbiəti ilə zəngin olan məkanlarda turizmin dahada geniş inkişaf etməsi üçün, sahibkarlara dövlət dəstəyinin göstərilməsi vacibdi.