• 19:50

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis edib

  • 37
10 Iyul 2019, 15:17

Gəncə, 10 iyul 2019-cu il – Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində bu gün Gəncədə peşə məktəbinin ilk sənaye emalatxanasını açıblar. 

 

Gəncədə həyata keçirilən layihənin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və xüsusən də Gəncədə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaqdır. Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin Rəhbəri xanım Simona Gatti qeyd etdi ki, “Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. 

 

Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır.

 

Gəncədə həyata keçirilən layihə BMTİP-nin də qismən maliyyələşdirilməsi daxil olmaqla, bütövlükdə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP-nin Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx tərəfdaşlıq şəraitində icra etdiyi  “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” üzrə daha geniş proqramın bir hissəsidir. Proqramın başlıca meyarı Azərbaycanın iki rayonunda – qərbdə Gəncə və cənubda Cəlilabadda peşə təhsili və inkişafı gücləndirməkdir. Ümumi hesabla, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı bu proqramın maliyyələşdirilməsinə  3 milyon 463 min 531 ABŞ dolları məbləğində vəsait ayırıb, burada Avropa İttifaqının maliyyə dəstəyi 3 milyin117 min 178ABŞ dolları təşkil edir. BMTİP-nin bu layihəyə ayırdığı vəsait isə 346min 353ABŞ dolları məbləğindədir. Təkcə Gəncədə, layihənin icrasına 1 milyon 600 min avro ayrılıb.