• 20:14

Şəkidə mikroavtobus aşıb, xəsarət alanlar var

  • 3
11 Iyul 2019, 10:56

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

İnterAz-ın bölgə müxbirinin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, rayonun Aşağı-Göynük kənd sakini, 30 yaşlı Anar Rüstəmov idarə etdiyi "Ford" markalı mikroavtobusla Bakıya sərnişin apararkən yolda qəza törədib.

 

Hadisə zamanı Qax rayon sakinləri - 53 yaşlı Nüşabə İsayeva,17 yaşlı Aytən Canəliyeva, 9 yaşlı Ayan Hacıyeva, Misir vətəndaşları 59 yaşlı Aşraf Cəlal Saat və onun 12 yaşlı qızı Selcan Cəlal Aşraf müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan sürücü A.Rüstəmov, mikroavtobusda olan sərnişinlərdən N.İsayevanın və Misir vətəndaşı Aşraf Cəlal Saatın vəziyyətlərinin ağır olduğu bildirilir. Digə yaralıların vəziyyəti yüngül olduğundan onlar evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.