• 10:44

İqtisadiyyat xəbərləri

  • 3
11 Iyul 2019, 10:58

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,33 ABŞ dolları və yaxud 3,54% artıb.

 

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,11 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

***

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 4,13% artaraq 1 barelə görə 66,81 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 4,27 % artaraq 60,3 dollar təşkil edib.