• 10:26

İranın xarici işlər naziri ABŞ-a gedir

  • 7
11 Iyul 2019, 12:40

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş Assambleyasının toplantısına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərinə gedir.

 

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

 

Bildirilib ki, Məhəmməd Cavad Zərifin Nyu-York səfəri gələn həftə baş tutacaq.

 

Cavad Zərif ötən gün məsələyə münasibət bildirib və hələ səfər üçün vizanın hazır olmadığını deyib.

 

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxaraq, İrana qarşı sanksiyalara başlaması, eləcə də İranın son həftədə nüvə sazişinin bəzi bəndlərinin icrasını dayandırması və ABŞ PUA-sını vurması iki ölkə arasında ənənəvi gərginliyi daha da artırıb.

 

Məhəmməd Cavad Zərif BMT Baş Assambleyasının qarşıda gələn toplantısı zamanı ölkəsinin nüvə sazişi ilə bağlı yeni addımlarından və ABŞ-ın sabksiya siyasətindən danışacaq.