• 10:47

Sərnişinlərdən artıq pul tələb edən sürücülər cəzalandırılacaq

  • 12
11 Iyul 2019, 13:55

Qərb bölgəsində, xüsusi ilədə Qazax-Gəncə marşurutu üzrə  sürücülər yol kənarlarından biletsiz götürdükləri sərnişinlərdən  istədikləri məbləği tələb edirlər. Bəs belə olan halda sürücülərə cəza tədbiri nəzərdə tutulubdumu? Bunu sujetimizdən biləcəyik. İzləyək!!

 

Sərnişinlərdən artiq pul tələb edən sürücülər cəzalandirilacaq. Qazax-Gəncə marşurutu üzrə işləyən mikroavtobuslar sərnişinlərin əksəriyyətini yol kənarlarından götürərək, məkanlarına biletsiz aparırlar və sərnişinlərdən  istədikləri məbləği tələb edirlər. Adlarını bildirmək istəməyən sakinlər qey edib ki,  sürücülər Ağstafadan Şəmkirə 3 manat, bəzə hallarda isə 4 manat, Gəncəyə isə 4-5 manat tələb edirlər. Bəs  qiymətlər necədi: Əməkdaşlarımız mövzuya adiyyatı üzrə avtovağzal rəsmilərindən aydınlıq gətirib.

 

Sürücülər isə sərnişin daşımada Tovuzdan-Gənciyə sərnişinlərin bilet pulu neçə manat olduğunu bilmədikləri üçün sualımıza cavab vermə bilməyiblər.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalojiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Tovuz rejional  şöbəsinin rəisi Vüqar Hacıyev isə bildirib ki, bu cür hallara yol verən sürücülər aşkarlanarsa, həmin sürücülər barəsində inzibati xətalar məccələsinin müvafiq maddəsinə  uyğun olaraq cəirmələr tətbiq ediləcək.

 

Qeyd edək ki, Qazax-Gəncə marşurutu üzrə hərəkət zamanı biletin tarif qiyməti Qazax-Gəncə 2.68 qəpik, Ağstafa-Gəncə 2.20 qəpik, Tovuz-Gəncə isə 1.63 qəpik-dir. Əgər hər-hansısa bir sürücü qeyd edilən tarifdən  əlavə pul tələb edərsə, sərnişinlər həmin sürücünün adını və avtomobilinin dövlət qeydiyyat nişanını qeyd edib Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Tovuz rejional  şöbəsinə məlumat vermələri xahiş edilir.Həmin sürücülərə dərhal 50 manat məbləğində cəirmə tətbiq ediləcək.