• 21:51

"Neftçi"dən Avroliqaya əla start

  • 1
12 Iyul 2019, 13:30

Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayıb.

 

İnterAz xəbər verir ki, Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olub. Bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi turnirə əla start verib. "Ağ-qaralar" səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.

 

11 iyul

 

Avropa Liqası, I təsnifat mərhələsi

 

İlk oyunlar

 

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) - 0:3 

 

Qol: Emin Mahmudov, 16-pen. Stiven Monroz, 36, Rəhman Hacıyev, 76

 

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

 

Kişinyov, "Zimbru" stadionu