• 10:49

İqtisadiyyat xəbərləri

  • 2
12 Iyul 2019, 14:32

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,72 ABŞ dolları və yaxud 1,06% artıb.

 

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,83 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

***

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,01% azalaraq 1 barelə görə 67 dollar təşkil edib.

 

 Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,46 % azalaraq 60,71 dollar təşkil edib.