• 21:45

Gədəbəyin daha üç kəndinə təbii qaz verilib

  • 3
12 Iyul 2019, 14:43

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə də ucqar kəndlərin qazla təmin olunması məqsədi ilə Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulmuşdu.

 

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularının işçilər tərəfindən  həmin ərazilərə əlləri ilə daşınması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsi hallarına baxmayaraq,artıq görülən işlər nəticəsindən kənar ilin iyun ayında Yenikənd,Çobankənd və Köhnəqışlaq kəndləri mavi yanacaqla təmin olunub.

 

2019-cu il iyul ayının 11-də isə Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə,Novoivanovka, Çiçəkli həmçinin Şahdağ kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 88 min 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılmışdır.

 

 Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.