• 22:10

Yaponiyada anime studiyada yanğın nəticəsində 10 nəfər ölüb

  • 3
18 Iyul 2019, 11:32

Yaponiyanın qərbindəki Kioto şəhərində yerləşən anime istehsalı üzrə studiyada baş verən yanğından sonra xilasedicilər 10 meyit tapıblar.

 

İnterAz bu barədə "Kyodo"ya istinadən xəbər verir.

 

Yanğının qəsdən törədildiyi ehtimal olunur.

 

Hadisə yerinə gələn polis studiyada benzin və ya kerosin tökməklə alovun gücünü artırmağa çalışan 41 yaşlı kişini saxlayıb. Saxlanılan şəxsin özü də xəsarət aldığından hazırda xəstəxanadadır.